FENONÜSXƏ – orqanizm fenotipinin qeyri-irsi dәyişmәsi; mәlum әtraf mühitin müәyyәn şәraitinin tәsiri ilә vә bu orqanizmdә mutasiyanın hәr hansı irsi dәyişilmә tәzahürünün nüsxәlәnmәsi nәticәsindә әmәlә gәlir. Mәs., bәzi cücülәrin genetik normal embrionlarına vә sürfәlәrinә yüksәk temp-r, efir buxarları vә s. ilә tәsir etmәklә yaşlı fәrdlәrdә müşahidә olunan qeyri-irsi eybәcәrlik (ayaq, yaxud qanad sayının dәyişilmәsi, bığcıqların ayaqlara çevrilmәsi vә s.) yaratmaq olar. Bu eybәcәrliklәr hәmin F.-dir, yalnız irsi dәyişiklik bir sıra mutant cücü xәtlәrindә hәr hansı xarici tәsir olmadan müntәzәm inkişaf edir. Müxtәlif mutasiyaların F.-si digәr heyvan vә bitki növlәrindә tәcrübi olaraq yaradıla bilәr. Bu zaman meydana çıxan F. spektri, adәtәn, tәsiredici amilin tәbiәtindәn asılı deyildir vә üzәrindә tәcrübә aparılan orqanizmin inkişaf mәrhәlәsi ilә müәyyәnlәşdirilir. Güman edilir ki, normal fәrdlәrdә F. yaradan xarici amil onlarda müvafiq normal genlәrin tәsirini pozaraq mutant fenotipin meydana gәlmәsinә sәbәb olur. Bununla әlaqәdar F.-nin öyrәnilmәsi fenogenetika üzrә tәdqiqatlarda geniş tәtbiq edilir.