Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FENOPLASTLAR

    FENOPLASTLAR, f e n o l  p l a s t i k l ә r i – fenol-formaldehid qatranları әsasında reaktoplastlar. Qatranın tipinә görә novolak F. vә rezol F. ayırd edilir. F. tәrkibindә doldurucu, bәrkidici (novolak F. üçün), bәrkitmә katalizatorları (rezol F. üçün), plastifikator, yağlayıcı maddә (mәs., olein vә ya stearin turşuları, Ca, Ba vә ya Cd stearatlar, stearin), appretlәşdirici әlavәlәr, boyaqlar olan qatranların yüksәk temp-rda bәrkidilmәsindәn alınır. F. doldurucunun tipinә görә dispers-doldurulmuş vә armaturlanmış F.-a bölünür. Bitişdirici vә doldurucunun tipindәn asılı olaraq F.-ın fiziki-mexaniki vә digәr istismar xassәlәri geniş intervalda dәyişir. Dispers-doldurulmuş F.-ın tәrkibindә doldurucu kimi ağac, kvars vә ya mika unu, mikroasbest, xırdalanmış qrafit, koks, kaolin, şüşә lif vә s. vardır; bitişdirici ilә doldurucu qarışığı bәrkitmәklә alınır. Armaturlanmış F.-da doldurucu kimi bitki mәnşәli, asbest, şüşә, sintetik vә karbon liflәri (bax Voloknitlәr), kağız (bax Qetinaks), toxunmuş vә toxunmamış lifli materiallar (bax Tekstolitlәr), ağac şponu (bax Ağaclaylı plastiklәr) olur. Belә F. lifli dolduruculara bitişdirici hopdurmaqla alınır. F.-ın әsas emal üsulu – preslәmә vә tәzyiq altında tökmәdir. Dispers-doldurulmuş F. baskodur, trolitan vә plastodur (Almaniya), bakelit, fluosit (İtaliya) vә s.; armaturlanmış F. qetinaks, tekstolit, asbotekstolit (MDB), formolit vә mouddensit (B.Britaniya), habelә digәr satış adları altında buraxılır. F. sәnayenin bütün sahәlәrindә konstruksiya, elektrotexnika, friksion vә antifriksion tәyinatlı materiallar kimi tәtbiq edilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN