FENŞÚY (Feng shui – külәk vә su) – çi vә in-yan da daxil olmaqla, kosmos qüvvәlәri ilә bәşәri vә sosial dünyanın әlverişli uyğunluqda tәşkilinin Çin üsulu. Tәbiәtdәki hәyat enerjisini yaşayış mәkanlarına tәtbiq edir. Xan sülalәsinin (206 –220) hakimiyyәti dövründә meydana gәlmişdir. F. mütәxәssislәri konkret yerә tәsir göstәrәn kosmik qüvvәlәri müәyyәnlәşdirmәk üçün Çin kompası lopandan istifadә edirdilәr; әlverişli yerlәr çox vaxt göl vә dağların yaxınlığında yerlәşirdi. F. (xüsusilә onun interyerin qurulmasına dair tövsiyәlәri) B.Britaniya vә ABŞ-da geniş yayılmışdır.