Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FEÓDOR I LÁSKARİS

    FEÓDOR I LÁSKARİS, I F e o d o r  K o m n i n  L a s k a r i s (Θεόδωρος Α’ ὁ Κομνηνὸς ὁ Λάσκαρις) (tәqr. 1174–1221) – Nikeya imperiyasının imperatoru [1204– 21]. Mәnşәcә Kiçik Asiyadakı hәrbi qulluqçu әyan nәslindәn idi. Bizans imperatoru III Aleksey Komninin sarayında sevast vә protovestiari (1195 ilә 1199 illәr arasında) olmuşdur. 1199 ildә imperatorun qızı Anna ilә evlәnmiş, tәqr. 1203 ildә despot tituluna layiq görülmüşdür. Dördüncü sәlib yürüşü iştirakçıları tәrәfindәn Konstantinopolun mühasirәyә alınması zamanı Vifiniyaya qaçmışdır. Prusa vә Smirnadakı imperator malikanәlәrindәn yararlanaraq qoşun toplamış vә Bizans taxtı uğrunda mübarizәyә başlamışdır. 1206 ildә Nikeyaya daxil olmuş vә imperator elan edilmişdir; bununla da Nikeya imperiyasının әsası qoyulmuşdur. 1205–09 illәrdә Lidiyanı vә Meandr çayı boyu torpaqları imperiyasına birlәşdirmişdir. 1205–14 illәrdә baş vermiş bir sıra müharibә gedişindә Bizans varisliyinә iddia edәn Böyük Komninlәrin qoşunlarını darmadağın etmiş vә Paflaqoniya torpaqlarını birlәşdirmәyә nail olmuşdur. 1211 ildә Antioxiya yaxınlığında sәlcuqlar üzәrindә qәlәbә çalmış vә 1212 ildә onlarla sülh müqavilәsi bağlamışdır. 1219 ildә Venesiyaya ticarәt imtiyazlarının verilmәsinә dair müqavilә imzalamışdır. I F.L. yerli arxontların torpaqlarını yenidәn bölüşdürәrәk imperiya domenini möhkәmlәndirmәyә çalışmışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN