FEÓDOR II LÁSKARİS (Θεόδωρος Β’ ὁ Κομνηνὸς ὁ Λάσκαρις) (1221–58) – Nikeya imperiyasının imperatoru [1254]. İmperator III İoann Dukanın oğlu vә varisi. Atasının imperiyanı möhkәmlәndirmәk siyasәtini davam etdirmişdir. Bizans zadәgan nәsillәrinin müxalif çıxışlarını amansızlıqla yatırmışdır. Əyanların orta tәbәqәsinә arxalanmış, onlara proniya torpaqları paylamışdır. 1255–56 illәrdә Bolqarıstana iki yürüş etmiş, Epir çarlığı ilә mübarizә aparmışdır. 1257 ildә monqollarla yaranmış hәrbi münaqişә tәhlükәsini diplomatik tәdbirlәrlә aradan qaldırmışdır. Yüksәksavadlı yunan intellektuallarından biri, ritorika, fәlsәfә vә teologiyaya dair әsәrlәrin müәllifi, bibliofil, ritorlar vә qrammatiklәr mәktәblәrinin yaradıcısı olmuşdur.