Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FEODÓSİ II 

    FEODÓSİ II Flavi, K i ç i k  F e o d o s i (Flavius Theodosius Minor; 401, Konstantinopol – 450, Konstantinopol) – Bizans imperatoru [408–450]. İmperator Arkadinin oğlu. Gözәl xәtti olduğuna görә “Kalliqraf” lәqәbi almışdır. 408–414 illәrdә saray әyanı Anfiminin, 414–428 illәrdә böyük bacısı Pulxeriyanın qәyyumluğu, 428–441 illәrdә arvadı – imperatriça Yevdoksiyanın, sonra isә hәrәmağası Xrisafinin tәsiri altında imperiyanı idarә etmişdir. Xarici siyasәtdә әsas qayğısı barbarların (şm.-dan hunların, q.-dәn vandalların vә ş.-dәn iranlıların) hücumlarını dәf etmәk idi. II F. Geyzerixlә müqavilә bağlamağa (442) mәcbur olmuş, nәticәdә Şimali Afrika (indiki Tunis vә Şәrqi Əlcәzair әrazisi) vandallara keçmişdi. 441– 443 vә 447 illәrdә Attilanın başçılığı ilә hunlar imperiyanın Dunay әyalәtlәrini tutmuşdular. II F. 447 ildә Attila ilә müqavilә bağlamış, böyük miqdarda bac vermәklә Dunayboyu torpaqları hunlara güzәştә getmişdir. Sasani şahları Bәhramın (422) vә Xosrovun (447) hücumlarının qarşısını almışdır. II F. Qәrbi Roma imperatoru III Valentinianla dostluq münasibәtlәri saxlamış, qızı Litsini ona әrә (437) vermişdir. II F. xristianlığın monofizit tәlimini yaymağa çalışmış, bütpәrәstlәri tәqib etmişdir. Efes kilsә mәclislәri (431, 449) vә Xalkidon kilsә mәclisi (451) nәsturiliyә vә diofizitlәrә qarşı qәrarlar qәbul etmişdi. II F. paytaxt Konstantinopolda vә başqa şәhәrlәrdә fәal tәmir vә tikinti işlәrini hәyata keçirmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN