Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FEODÓSİYA 

    FEODÓSİYA – Ukraynanın Krım MR-dә şәhәr. Əh. 68,6 min (2016). Simferopol ş.-ndәn 116 km ş.-dә yerlәşir. Krım y-a-nın c.ş. sahilindә dәniz portu. Avtomobil yolları qovşağı. D.y. st.

     Feodosiya şəhərindən görünüş.

    E.ә. 6 әsrin ortalarında Miletdәn olan yunan gәlmәlәri tәrәfindәn salınmışdır. E.ә. 6 әsrin ikinci yarısı – 5 әsrdә inkişaf etmiş ticarәt әlaqәlәri olan polis idi. E.ә. 380-ci illәrdә Bospor çarı Levkon F.-nı işğal etmiş vә Bosporun iri taxıl idxalı mәrkәzinә çevirmişdi. Savmak üsyanının (e.ә. 107) mәrkәzlәrindәn biri olmuşdur. 4 әsrdә F. hunlar tәrәfindәn dağıdılmış vә yandırılmış, 6 әsrin sonlarında xәzәrlәr tәrәfindәn işğal olunmuş, sonra Bizansın hakimiyyәti altına keçmişdir. 13 әsrin ikinci yarısında genuyalılar qızılordalıların (tatarların) hakimiyyәti altında olan bu şәhәrdә Kәfә ticarәt faktoriyasının әsasını qoymuşdular. Kәfә 14–15 әsrlәrdә Qәrblә Şәrq arasında mühüm ticarәt mәrkәzinә çevrilmişdi. 70 mindәn çox әhalisi olan şәhәrdә zәrbxana yerlәşir, Müq. Georgi bankının filialı vә teatr fәaliyyәt göstәrirdi. 1475 ildә Kәfә Krım sahili ilә birlikdә türklәrә keçmiş, onların dayaq mәntәqәsinә vә iri qul bazarına çevrilmişdi. 1771 ildә Rusiya-Türkiyә müharibәsi (1768–74) zamanı Kәfә rus qoşunları tәrәfindәn tutulmuşdu. 1783 ildә şәhәrә әvvәlki adı qaytarılmışdır. 1787 ildә F. Tavrida vil.-nin, 1796 ildәn Novorossiysk qub.-nın tәrkibindә idi. Müharibә zamanı dağıdılmış F. 19 әsrin ikinci yarısında dirçәlmişdi. Krım müharibәsi (1853–56) F.-nın hәyatına mәnfi tәsir göstәrmişdi. Sevastopoldan kommersiya portunun F.-ya köçürülmәsi (1899) şәhәrin inkişafına sәbәb olmuşdu. 1900 ildә F.-da dövriyyәsi 10 mln. rubldan çox olan 479 ticarәt müәssisәsi vardı, sәnaye isә zәif inkişaf etmişdi. 1904 ildә cәmi 22 müәssisә (әsasәn, yarımkustar) fәaliyyәt göstәrirdi. F. fәhlәlәri Rusiyada 1905–07 illәr inqilabında iştirak etmişdilәr. Birinci dünya müharibәsi (1914–18) vә Vәtәndaş müharibәsi (1918–20) dövründә F. Avstriya-alman qoşunları, ağqvardiyaçılar vә ingilis-fransız müdaxilәçilәri, Denikin qoşunları tәrәfindәn zәbt olunmuş, 1920 ildә Qırmızı ordu tәrәfindәn azad edilmişdir. F. Krım MSSR-in tәrkibinә daxil edilmişdi (1921). Müharibәyәqәdәrki illәrdә F. Krımın mühüm sәnaye vә kurort mәntәqәsinә çevrilmişdi. Böyük Vәtәn müharibәsi (1941–45) zamanı F. alman-faşist qoşunları tәrәfindәn tutulmuş, güclü dağıntılara mәruz qalmış, Kerç-Feodosiya desant qoşunlarının әmәliyyatı (1941– 42) nәticәsindә işğalçılardan azad edilmiş, lakin 1942 ildә yenidәn işğal olunmuşdu. 1944 il aprelin 13-dә sovet qoşunları tәrәfindәn qәti olaraq azad edilmişdir. 1954 ildә F. Krım vil.-nin tәrkibindә Ukr. SSR-ә verilmişdir. 1970-ci illәrdә F. kurort statusu almışdır. F.-da güclü hәrbi-sәnaye kompleksi (1948–90) yaradılmışdı. 1991 ildәn Ukraynanın tәrkibindә olmuş, 2014 ildә F. Krımın tәrkibindә Rusiya tәrәfindәn ilhaq edilmişdir. 

     Feodosiya. Genuya qalası.

    Karantin təpəsində Genuya qalası Kəfənin divar (1340-cı illər) və bürc qalıqları (pap VI Klimentin, Kriskonun, Custinianinin); həmçinin eskarp, bürclər və körpü ilə birlikdə şəhərin bayır divarı istehkamlarının (əsasən, 1383-85; perimetri 5,5 km) fraqmentləri saxlanılmışdır. Köhnə şəhərin ş. hissəsində çoxsaylı kilsələr, keçmiş içqalanın q.-ində Vvedeniye kilsəsi (14 əsrə aid edilir; digər ehtimallara görə 8-8 əsrlər; yantikililəri (1825-54 illər) yerləşir. 17 əsrin ortalarında F.-da 10 came (Şahzadə Süleyman camesi, Müfti camesi, Yeni came, Gölbaşı came, Tacir Hacı Nəbi camesi və s.), 50 məscid, 43 karvansara vardı. 1783 ildə şəhərdə 29 came fəaliyyət göstərirdi (onlardan yalnız bir neçəsi dövrümüzədək saxlanılmışdır). 1817 ilin baş planına əsasən şəhər şm.-q. istiqamətində inkişaf etmişdir. F.-da həmçinin Ayvazovski fontanı (1888), Müq. Yekaterina kilsəsi (1892), sinaqoq (1904, 1952 ildə Donanma zabitləri evi kimi yenidən tikilmişdir), Kazan kilsəsi (1907-11, memar Q.L.Keybl), İ.V.Stambolinin Mavritaniya üslubunda bağ evi (1910–14, memar О.E.Vegener), karaim ailəsi Krımın bağ evləri  (“yunan üslubunda” “Milos”, 1909 –11, memar M.F.Piskunov; “Villa”, 1912; “Viktoriya”, 1914). 1947–50-ci illərdə F. yenidən qurulmuş, sahilyanı küçə abadlaşdırılmış (memar B.B.Yudin), dəmiryol vağzalı (1955), с “Krım” kinoteatrı (1959) tikilmişdir. İ.K.Ayvazovskiyə (1930), A.S.Puşkinə (1974) abidə qoyulmuşdur.

    А.Qrin ad. Mərkəzi  şəhər kitabxanası (1897); asari-ətiqə muzeyi (1811), İ.K.Ayvazovski ad. şəkil qalereyası (rəssamın özü tərəfindən əsası 1845 ildə qoyulmuşdur/, indiki adı 2014 ildən), A.S.Qrinin ədəbi-memorial (1970; yazıçının 1924-29 illərdə yaşadığı evdə), deltaplanerizm (1990), SSRİ xalq heykəltaraşı V.İ.Muxinanın (1991), M. və A.Svetayevların (200) ev, pul (2003) muzeyləri; "Paradoks" şəhər teatrı (1983 ildə yaranmış, indiki statusu 1992 ildən), V.Şayderov ad. "Zvyozdnıy" kino-konsert kompleksi (1999) var.  

     Feodosiya. Stambolinin bağ evi.

    V.Şayderov ad. mərkəzi şəhər stadionu 2 min tamaşaçı tutur. F.-da hər il bir sıra beynəlxalq festivallar, o cümlədən təyyarəçilik (1996 ildən), çaxır (2011 ildən) festivalları keçirir. 

    Dәnizkәnarı iqlim vә balneologiya kurortudur. Subtropik iqlimdәn mülayim kontinental iqlimә keçid zonasındadır. Qışı mülayim (orta temp-r yanvar–fevralda tәqr. 0°C), yayı çox istidir (orta temp-r iyulda tәqr. 24°C). Günәşli saatların sayı 2265, yağıntının illik miqdarı tәqr. 450 mm-dir. Geniş (50 m-әdәk) qumlu-balıqqulağılı çimәrliklәrin tәbii müalicә amillәri ilә yanaşı, “Feodosiya” (keçmiş “PaşaTәpә”) mineral bulağının sulfatlı-xloridli natriumlu suları da istifadә edilir. Kurortda tәnәffüs orqanları xәstәliklәri (qeyri-vәrәm xarakterli), ürәk-damar, hәzm sistemlәri, maddәlәr mübadilәsi pozuntuları müalicә olunur.

    Şәhәr iqtisadiyyatının әsasını xidmәt sferası (әsasәn, turizm biznesi, nәql.-logistika xidmәtlәr, hәrbi obyektlәrә xidmәt göstәrilmәsi) tәşkil edir. F.-ya hәr il tәqr. 200 min nәfәr turist gәlir. Dәniz portunun yük dövriyyәsi 0,25 mln. t tәşkil edir (2015). Maşınqayırma, metal emalı, tamlı mәhsullar sәnayesi, tikinti materiallarının istehsalı vә s. müәssisәlәr fәaliyyәt göstәrir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN