FEOFÁN QREK (təqr. 1340–1405 ildən sonra) – 14 əsrin 2-ci yarısı – 15 əsrin əvvəllərində Qədim Rus dövlətində işləmiş Bizans boyakarı. Konstantinopol (indiki İstanbul), Qalata, Xalkedon və Kəfədə (indiki Feodosiya) bir sıra kilsənin, Novqoroddakı Spas-Preobrajeniye kilsəsinin (1378), Moskva Kremlindəki Arxangel (1399; Simeon Çyornı ilə birgə), Blaqoveşşeniye (1405; Andrey Rublyov və Qorodetsli Proxor ilə birgə) baş kilsələrinin divar rəsmlərini çəkmişdir. Blaqoveşşeniye baş kilsəsindəki “Spas”, “Müq. Məryəm”, “Arxangel Qavriil”, “Apostol Pavel”, “İoann Zlatoust” və s. ikonalar F.Q.-ə aid edilir.
Əd: В з д о р н о в Г.И. Феофан Грек: Творческое наследие. М., 1983.