FEOKTİSTOV Lev Petroviç (14.2.1928, Moskva – 14.2.2002, orada) – rus fiziki, REA akad. (2000), Sosialist Əmәyi Qәhrәmanı (1966). Lenin mükafatı laureatı (1958), SSRİ Dövlәt mükafatı laureatı (1978). MDU-nu bitirmişdir (1950). 1951– 55 illәrdә Ümumrusiya Elmi Tәdqiqat Eksperimental Fizika İn-tunda (Arzamas-16), 1955– 78 illәrdә Ümumrusiya Elmi Tәdqiqat Texniki Fizika İn-tunda (Çelyabinsk-70), 1978–88 illәrdә Kurçatov İn-tunda (Moskva) işlәmişdir. 1988 ildәn REA-nın P.N.Lebedev ad. Fizika İn-tunda şöbә müdiri olmuşdur. Əsas elmi işlәri nüvә fizikası vә nüvә texnikası sahәsindәdir. Nüvә vә termonüvә silahının işlәnib hazırlanmasının nәzәri vә praktik problemlәri ilә mәşğul olmuşdur. F.-un tәdqiqatları әsasında böyük gücә malik azqabaritli artilleriya nüvә atımları (partlayıcı maddәlәr) vә baş hissәlәri bölünәn (ayrılan) sistemlәr yaradılmışdır. Qaçan dalğa (Feoktistov dalğası adlanan) reaktoru, öz-özünü aktivlәşdirәn effekt әsasında kimyәvi lazeri (2000 ildә işә salınıb) işlәyib hazırlamışdır; nüvә reaktorlarının tәhlükәsizlik problemlәrini tәdqiq etmişdir. İki dәfә Lenin ordeni ilә tәltif olunmuşdur.