FERAMÉN (Θηραμένης; tәqr. e.ә. 455–404) – Afina siyasi xadimi. Afinada quldarlıq demokratiyasını devirәn vә “400-lәr şurası” oliqarx hökumәtinin hakimiyyәtini bәrqәrar edәn çevrilişin (e.ә. 411) tәşkilatçılarından biri idi. F. Pelopennes müharibәsinin (e.ә. 431– 404) dayandırılmasına vә hәr vәchlә Sparta ilә sülh müqavilәsinin bağlanmasına çalışan radikal oliqarxların әleyhinә çıxmış vә onlara üstün gәlmişdir. Belә ki, danışıqlar aparmaq üçün Spartaya göndәrilmiş F. dәnizdәn vә qurudan mühasirәyә alınmış afinalılar tәslim olunanadәk danışıqları uzatmışdı. Onun tәklifi ilә xalq yığıncağı “400-lәr şurası”nın lәğvi vә Afina vәtәndaşları sayının әmlak senzi әsasında 5 min nәfәrlә mәhdudlaşdırılması haqqında qәrar qәbul etmişdir. Afinada demokratiyanın bәrpasından sonra F. strateq kimi e.ә. 406 ildә Arginussa vuruşmasında iştirak etmişdir. F. “Otuz tiran” hökumәtinin yaradılmasının tәşәbbüskarlarından biri olmuş, eyni zamanda ifrat terrorçu Kritiyә qarşı çıxmışdır. Kriti ilә münaqişә nәticәsindә edam edilmişdir.