Ferbenks (Fairbanks) Duqlas (Culius) (əsl adı və soyadı Duqlas Elton Tomas Ulman) (23.5.1883, Kolorado, Denver – 12.12.1939, Kaliforniya, Santa-Monika) – amerikan kinoaktyoru. 1901–02 illərdə Harvard Un-tində oxumuşdur. 1902–14 illərdə teatrda işləmişdir. 1915 ildən kinoda çəkilmişdir. (“Quzu”). Romantik komediya qəhrəmanlarının obrazlarını yaratmış, sonralar kəskin süjetli filmlərdə çıxış etmişdir. 1917 ildə “Douglas Fairbanks film corporation” şirkətini təsis etmiş, “Müasir muşketyor”, “Əlahəzrət Аmerikalı” filmlərinin produseri olmuş və baş rolları oynamışdır. 1919 ildə M.Pikford (1920–36 illərdə F.-in arvadı), Ç.Çaplin və D.U.Qriffitlə birgə “United Artists” şirkətini və “Motion Picture Fund” fondunu yaratmışdır. “Zorro nişanı” (1920, F. baş rolda) filmi böyük uğur qazanmışdır. Özünün iştirak etdiyi bir sıra macəra filmlərinin produseri (“Qoz”, “Üç muşketyor ”, “Qobin Qud”, “Bağdad oğrusu”, “Zorronun oğlu”, “Qara pirat”, “Qauço”, “Dəmir maska” və s.) olmuşdur. ABŞ-ın ən populyar kommersiya aktyoru idi. 1927 ildə "Meri Pikfordun öpüşü" sovet ekssentrik komediyasında özünü oynamışdır. Digər filmləri: “Şıltaq qızın yumşalması”, “Aya çatmaq”, “Mister Robinzon Kruzo”, “Don Juanın özəl həyatı”. 1939 ildə “Oskar” mükafatı almışdır.