Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FERDİNÁND 

    FERDİNÁND – Habsburqlar sülalәsindәn Müqәddәs Roma imperiyası imperatorlarının adı:

    I F e r d i n a n d  Habsburq (10.3.1503, İspaniya, Alkala-de-Enares – 25.7.1564, Vyana) – imperator I Filipp Habsburqun oğlu, V Karlın qardaşıdır. İmperator tәrәfindәn Avstriyanın ershersoqu (1521) tәyin edilmiş, Almaniyanın canişini (1521–22), Macarıstan vә Bohemiyanın (1526 ildәn), Çexiyanın (1527 ildәn), Almaniyanın (1531 ildәn) kralı olmuşdur. İmperatorluğa namizәd kimi hәm dә İtaliya kralı (1531) seçilmişdir. Şmakalden müharibәsindә (1546 – 48) fәal iştirak etmişdir. Çexiyada Habsburqlar әleyhinә baş vermiş üsyanı (1547) yatırmışdır. Avstriya torpaqlarında mәrkәzi hakimiyyәtin güclәndirilmәsi mәqsәdilә bir sıra inzibati islahat keçirmişdir. V Karlın taxtdan imtina etmәsindәn sonra Müqәddәs Roma imperiyasının imperatoru [1556–64] olmuşdur. Daxili siyasәtdә katoliklәrlә protestantlar arasında kompromis yaratmağa çalışmışdır. I F. xarici siyasәtindә İspaniya ilә ittifaqa üstünlük vermiş, Osmanlı imperiyasının Mәrkәzi Avropaya tәzyiqinin qarşısını almağa sәy göstәrmişdir.

    II F e r d i n a n d  Habsburq (9.7.1578, Avstriya, Qrats –15.2.1637, Vyana) – Ştiriya ershersoqu II Karlın oğlu, I Ferdinand Habsburqun nәvәsidir. Ştiriya, Karintiya vә Kraynanın hersoqu (1590 ildәn), Çexiya (1617) vә Macarıstan (1618 ildәn) kralının vәliәhdi, Müqәddәs Roma imperiyasının imperatoru [1619–37] olmuşdur. İrsi hersoqluqlarda vә Bohemiyada apardığı sәrt rekatoliklәşdirmә siyasәti Otuzillik müharibәnin (1618–48) başlanğıcını qoyan Praqa üsyanının sәbәblәrindәn biri olmuşdur. Müharibәnin ilk mәrhәlәsindә qazanılan uğurlar Çexiyanın tabe edilmәsi, macar taxt-tacının qaytarılması, Yuxarı Avstriyada kәndli üsyanının yatırılması ümumimperiya Restitusiya ediktinin (1629) qәbulu üçün imkan yaratdı.

    III F e r d i n a n d  Habsburq (13.7. 1608, Avstriya, Qrats – 2.4.1657, Vyana) – imperator II Ferdinand Habsburqun oğlu. Macarıstan (1625 ildәn), Çexiya vә Bohemiya (1627 ildәn), Roma (1636 ildәn) kralı, Müqәddәs Roma imperiyasının imperatoru (1637 ildәn). Atasının hakimiyyәti dövründә feldmarşal rütbәsini almış, Otuzillik müharibәdә (1618–48) iştirak etmiş, Nördlingen yaxınlığındakı vuruşmada (1634) isveçlәri qәti mәğlubiyyәtә uğratmışdır. III F.-ın dövründә Otuzillik müharibә başa çatmış, Vestfaliya sülh müqavilәsi (1648) bağlanmışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN