Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FERDİNÁND 

    FERDİNÁND (Fernando) – İspaniyada kralların adı:

    I F e r d i n a n d  Böyük (Fernando I el Maqno, yaxud el Qrande; tәqr. 1016–27.12.1065, Leon) – 1029 ildәn Kastiliyanın qrafı, 1037 ildәn Kastiliya vә Leonun kralı. Navarranın kralı Böyük III Sançonun oğludur. 1032 ildә Leonun kralı III Bermudonun bacısı ilә evlәnmiş, 1037 ildә kral titulunu qәbul etmiş vә faktiki olaraq Leon vә Kastiliyanı birlәşdirmişdir. Ərәblәrә qarşı müharibәlәr aparmış, Toledo, Badaxos, Saraqosa, Sevilya әmirlәri ondan asılılığı qәbul etmişlәr.

    II F e r d i n a n d  Katolik (Fernando II el Católico) (10.3.1452, Sos – 23.1.1516, Madriqalexo) – Trastamara sülalәsindәn Araqon [1479–1516], Kastiliya [1474– 1504] (Kastilyalı V Fernando adı ilә hökmranlıq etmişdir), Siciliya [1468–1516], Neapol [1504–16] (III Ferdinand adı ilә hökmranlıq etmişdir) kralı. II Xuanın oğludur. Kastiliyadakı üç ruhani-cәngavәr ordeninin magistri idi. 1469 ildә Kastiliya infantası İzabella ilә evlәnmişdir. 1479 ildә II Xuanın ölümü vә Kastiliya taxtı uğrunda Vәtәndaş müharibәsindә (1475–79) qazandıqları qәlәbә nәticәsindә II F. vә İzabella Pireney krallıqlarını hakimiyyәtlәri altında birlәşdirmişdilәr. II F. xarici siyasәtdә vә hәrbi işlәrdә aparıcı rol oynamışdır. Qranada müharibәsi (1481–92) nәticәsindә Rekonkista başa çatmış, Kanar a-rı (1484–96), Russilyon (1492) qәti şәkildә birlәşdirilmiş, İtaliya müharibәlәri gedişindә Neapol krallığı (1504) istila olunmuş, Afrikanın şm.-ında Oran (1509) vә digәr qalalar әlә keçirilmiş, 1512 ildә Navarra birlәşdirilmişdir. 1486 ildә II F. Kataloniya kәndlilәrini şәxsi asılılıqdan azad edәn Quadalupa sentensiyasını (qәrarını) qәbul etmişdir. Katolik mәzhәbinin tәmizliyi (inkvizisiyanın bәrpası, yәhudilәrin qovulması) uğrunda fәdakar mübarizlәr kimi II F. vә I İzabella 1496 ildә Roma papası VI Aleksandrdan “katolik kralları” titulunu almışdılar. I İzabellanın ölümündәn sonra II F. 1505 ildә Fransa kralının qohumu Jermena de Fua ilә evlәnmişdir. 1507–16 illәrdә qızı Divanә Xuananın hakimiyyәti zamanı Kastiliyanın regenti olmuşdur. 1512 ildә Amerikada konkistadorların fәaliyyәti üzәrindә nәzarәti güclәndirәn Burqos qanunlarını tәsdiq etmişdir.

    III F e r d i n a n d  Müqәddәs (Fernando III el Santo) (5.8.1199, Samora – 30.5.1252, Sevilya) – Kastiliya vә Leon kralı. IX Alfonsonun vә Kastiliyalı Berengelanın böyük oğlu. IX Alfonsonun ölümündәn (1230) sonra Leonu vә Kastiliyanı hakimiyyәti altında birlәşdirmiş (Leon- Kastiliya krallığı), Leon vә Qalisiya kralı elan olunmuşdur. Rekonkista gedişindә әrәblәrdәn Pireney y-a-nın c.-undakı, faktiki olaraq, bütün torpaqları (Qranada istisna olmaqla; Qranada әmirlәri vergi ödәmәklә III F.-dan asılılığı qәbul etmişdilәr) almışdır. .

    IV F e r d i n a n d  (1285–1312) – Kastiliya vә Leon kralı [1295–1312]. IV San- çonun oğludur. IV F.mükәllәfiyyәtlәri azaltmış, taxıla qoyulmuş ağır vergilәri lәğv etmişdi. Qranada әmirinә qarşı Araqon kralı ilә ittifaq (1310) bağlamışdı. Onun dәstәyi ilә Cәbәlüttariq qalasını (1310) işğal etmişdi. 

    VI F e r d i n a n d  (1713–59) – Bur- bonlar sülalәsindәn İspaniya kralı [1746– 59]. V Filippin oğludur. Hakimiyyәti zamanı dövlәt işlәrinin hәllindә VI F.-ın yaxın müşavirlәri markiz de Ensenada vә Xose de Karvaxal mühüm rol oynamışlar. Onun krallığı dövründә maarifçi mütlәqiyyәt siyasәtinin (ticarәt, sәnaye vә maliyyә vәziyyәtinin yaxşılaşdırılması, elmin inkişafı vә s.) hәyata keçirilmәsinә ilk cәhdlәr edilmişdir. Saray xәrclәrini 2 dәfә azaltması hәrbi donanmanın bәrpasına imkan ver- mişdir. İnkvizisiya mәhkәmәsinin hökmlәrini mәhdudlaşdırmağa sәy göstәrmişdir.

    VII F e r d i n a n d  (14.10.1784, Eskorial – 29.9.1833, Madrid) – Burbonlar sülalәsindәn İspaniya kralı [1808, 1814– 33]. IV Karlın oğludur. İspaniya kralı IV Karlın әleyhinә paytaxt Madriddә Qadoyun başçılığı ilә xalq üsyanı (1808) zamanı kral VII F.-ın xeyrinә taxtdan imtina etmişdi. I Napoleon Bonapartın tәlәbilә VII F. taxtdan imtina etsә dә, Rusiya vә Almaniyadakı mәğlubiyyәtlәrindәn (1812–13) sonra Napoleon İspaniya taxtını ona qaytarmışdır. O, 1814 ilin martında paytaxta qayıtmış, mövqeyini möhkәmlәndirdikdәn sonra Kadis konstitusiyasını (1812) vә fransızlara qarşı müharibә dövrünün bütün liberal qanunvericiliyini lәğv etmişdir. 1820 ildә başlamış yeni inqilab şәraitindә 1812 il konstitusiyasını tanımağa mәcbur olmuşdur. 1823 ildә inqilab fransız qoşunları tәrәfindәn amansızlıqla yatırıldıqdan sonra yenidәn sәrt reaksiya vә terror rejimini bәrpa etmişdir. VII F.-ın hakimiyyәti dövründә Latın Amerikasında ispan ağalığına qarşı müharibә (1810–26) gedişindә İspaniya müstәmlәkәlәrinin çoxunu itirmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN