FEREYDƏNLİLƏR, f ә r i d ә n l i l ә r, İ r a n g ü r c ü l ә r i (gürcü dilindә pxereidneli) – İranda gürcülәrin etnoqrafik qrupu. İsfahan ostanının q.-indә Fәridәn regionunda (әsasәn, Firidunşәhr, Buin vә Miandәşt şәhristanlarında) yaşayırlar. Sayları 100 min nәfәrdir (2016). Gürcü dilinin dialektindә danışırlar. Müsәlman F. Sәfәvilәr (xüsusilә I Abbas) tәrәfindәn Kaxeti vә Kartlidәn köçürülmüş gürcülәrin nәsillәridir.