FERGÜSON (Ferguson) Aleksandr Çapman (Aleks) (d.31.12.1941, Qlazqo) - Şotlandiya idmançısı və məşqçisi. Dünya futbol tarixinin ən görkəmli məşqçilərindən biri. 1950-ci illərin sonu - 1970-ci illərin əvvəllərində Şotlandiyanın müx təlif klublarının, o cümlədən “Qlazqo Reyncers” in (1967-69) hücumçusu olmuş, 327 matçda 167 qol vurmuşdur.
Məşqçi kimi daha çox uğur qazanmışdır. F.-un rəhbərliyi ilə “Aberdin” klubu 3 dəfə (1980, 1984, 1985) Şotlandiya çempionu, 4 dəfə (1982-86) Şotlandiya kubokunun sahibi, 1983 ildə Kuboklar kubokunun sahibi və UEFA Superkubokunun qalibi, 1985/86 mövsümündə Şotlandiya yığma komandasının məşqçisi olmuşdur. 1986-2012 illərdə “Mançester Yunayted” klubunun başçısı kimi Avropa klub futbolu üçün bir sıra rekordlar müəyyən etmişdir. Ən böyük nailiyyətləri: İngiltərə Premyerliqasının 13 dəfə (1993-2013), 5 dəfə (1990-2004) İngiltərə kubokunun, 2 dəfə (1999, 2008) UEFA çempionlar Liqasının Klublararası dünya çempionatının (2008) qalibi, Kuboklar kubokunun (1991) və Qitələrarası kubokun (1999) sahibi. Onun rəhbərliyi altında komanda 1500 matç keçirmiş, 895 oyunda qalib gəlmiş, 338-ində oyunda isə heç-heçə oynamışdır. Dəfələrlə İngiltərə Premyerliqası mövsümünün məşqçisi adına layiq görül- müşdür. B. Britaniya imperiyası ordeninin kavaleri (1983) və komandorudur (1995). 1999 ildə cəngavər titulunu almışdır. “Avtobioqrafiya” kitabını yazmışdır.