FERMANIN BÖYÜK ТЕОРЕМ (Fer- manın son teoremi kimi də işlədilir) – xn + yn = zn Diofant tənliyinin n-in 2-dən böyük tam qiymətlərində х, у, z müsbət tam ədədləri üçün həlli olmadığını iddia edən teorem. P.Ferma tərəfindən 1637 ildə irəli sürülmüşdür. 300 ildən artıq müddətdə dünyanın bir çox riyaziyyatçıları bu teoremi n-in bəzi xüsusi qiyt mətləri üçün isbat etsələr də ümumi halda onu isbat etmək mümkün olmamışdır. Ginnesin Dünya Rekordlar Kitabının “ən çətin riyazi problemlər” rubrikasında yer tutan F.b.t. yalnız 1995 ildə Endryu Uayls tərəfindən isbat edilmişdir.