FERMATA (ital. hərfi mənası dayanma), m u s i q i d ə — not yazısında və ya işarəsi; not, yaxud pauzanm üzərində və ya altında qoyularaq, onların qeyri-müəyyən müddətdə (adətən, 1,5-2 dəfə) uzadılmasını bildirir. Səsin, yaxud pauzanın F. ilə davamiyyətini ifaçı özü müəyyən edir.