FERMENT ZƏHƏRLƏRİ – müәyyәn fermentlәrin fәallığını spesifik lәngidәn müxtәlif kimyәvi tәbiәtli maddәlәr. F.z. әslindә ferment inhibitorları sayılır, çünki, aşağı qatılıqda belә orqanizmin hәyat üçün mühüm fizioloji funksiyalarını yatırdır (zәiflәdir). Kimyәvi zәhәrlәr, zәhәrlәyici maddәlәr vә s. kimi istifadә olunur. Bәzәn “F.z.” terminindәn ilan, arı, әqrәb zәhәrlәrinin tәrkibinә daxil olan (insan vә heyvanlarda qan hüceyrәlәrini vә digәr
toxumaları dağıdan) fermentlәri göstәrmәk üçün dә istifadә edilir.