Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FERMENTATİV KATALİZ

    FERMENTATİV KATALİZ – zülal molekullarının – fermentlәrin tәsiri ilә kimyәvi reaksiyaların sürәtlәnmәsi. 1814 ildә K.Ş.Kirxhof tәrәfindәn cücәrmiş arpa toxumlarının sulu cövhәrinin tәsiri ilә nişastanın hidroliz reaksiyasının sürәtlәnmәsinin aşkar edilmәsi biokatalitik proseslәrin öyrәnilmәsinin başlanğıcı oldu.

    Fermentativ kimyәvi proseslәr zülal molekullarının xüsusi hissәsindә – aktiv mәrkәzindә gedir. Fermentlәrin aktiv mәrkәzi sorbsiya vә katalitik yarımmәrkәzlәrә bölünür. Substrat molekulları sorbsiya yarımmәrkәzindә sorbsiya olunur, substrat-aktiv mәrkәz kompleksinin әmәlә gәlmәsi vә substratın reaksiyayagirәn qruplarının katalitik yarımmәrkәzә nәzәrәn yönәlmәsi baş verir. Katalitik yarımmәrkәz substratların reaksiya mәrkәzlәrinin vә son mәhsullara çevrilmә reaksiyalarının әlaqәli aktivlәşmәsini hәyata keçirir. F.k. son dә rәcә yüksәk sәciyyәvilik (selektivlik), yәni müәyyәn molekulları “tanımaq” vә әlavә mәhsullar әmәlә gәlmәdәn kimyәvi reaksiyaları aparmaq qabiliyyәti ilә xarakterizә olunur. Bu, canlı alәmdә maddәlәrin kimyәvi çevrilmәlәrinin seçiciliyini vә istiqamәtliliyini tәmin edir (bax Biokataliz). Fermentlәrin tәsir mexanizmi aktiv mәrkәzin katalitik qruplari ilә substratın labil araliq birlәşmәlәrinin әmәlәgәlmә vә cevrilmә ardıcıllıgından ibarәtdir. Aktiv mәrkәzdә baş verәn proseslәr zamanın mikro vә millisaniyә intervalında gedәn molekulyar-proqramlaşdırılmış çoxmәrhәlәli kimyәvi reaksiyalardan ibarәtdir. Fermentlәrin iştirakı ilә sürәtlә әmәlәgәlәn zәif rabitәlәr (elektrostatik, hidrogen, hidrofob) limitlәnәn mәrhәlәnin aktivlәşmә enerjisini әn çox azaldan vә kimyәvi reaksiyani 1010– 1015 dәfә sürәtlәndirәn quruluşların yaranmasına imkan verir.

    F.k.-in tәbiәti haqqında fundamental biliklәr zülalın quruluşunun müxtәlif fiziki üsullarla (başlıca olaraq rentgen-struktur analizi vә NMR üsulları) tәdqiqinә әsaslanır. Fermentlerin gen vә zülal mühәndisliyinә әsaslanan müasir qurulma (yaradılma) üsulları katalitik aktivlik, sәciyyәvilik, stabillik üzrә verilmiş xassәlәrә malik fermentlәrin alınmasına imkan yaradır.

    F.k. sәnayedә, biotexnologiyada, kimyәvi analizdә, zәrif-üzvi sintezdә, tibdә, әtraf mühitin qorunmasında geniş istifadә olunur. F.k.-in istifadәsinin praktiki aspektlәri mühәndis enzimologiyasını (bu sahәyә züllalarin bәrk daşıyıçılarla әlaqәlәnmәsi yolu ilә heterogen katalizatorların alınmasi daxildir) formalaşdırır.

    Termofil DNT-polimerazaların tәtbiqi gen mühәndisliyi, orqanizmlәrin genlәrinin şifrәsinin açılması, DNT-diaqnostika, qohumluq әlaqәlәrinin müәyyәnlәşdirilmәsi, molekulyar kriminalistika vә s.-nin әsasını tәşkil edir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN