FERMİ, T e r m i – Eneolit vә Erkәn Tunc dövrlәrindә Lesbos a.-nda mövcud olmuş şәhәr. 1929–33 illәrdә ingilis alimi U. Lemb tәrәfindәn öyrәnilmişdir. Beş ardıcıl arxeoloji tәbәqә (F. I–V) F.-nin şәhәr tipli qәsәbәdәn şәhәrә çevrilmәsinәdәk fasilәsiz inkişafını әks etdirir. F. I tәbәqәsindә (e.ә. 3-cü minilliyin başlanğıcı) daş bünövrәli, divarları çiy kәrpicdәn hörülmüş düzbucaqlı, ikiotaqlı evlәrin qalıqları, intensiv şәkildә inkişaf edәn misәritmә işinin izlәri aşkar olunmuşdu. Mis mәmulatları Egey dәnizi hövzәsindә geniş yayılmışdı. Tuncun әridilmәsinә keçid k.t.-nda mәhsuldarlığın artmasına gәtirib çıxarmışdı. Bunu F. III tәbәqәsindә çoxsaylı bofraların (taxılın saxlanılması üçün tәsәrrüfat quyuları) mövcudluğu tәsdiqlәyir. F. V (tәqr. e.ә. 25 әsr) daşdan hörülmüş möhkәm müdafiә divarları, daşla döşәnmiş küçәlәri vә şaxәlәnәn su tәchizatı sistemi olan iri şәhәr, e.ә. 2-ci minillikdә Krit-Mikena mәdәniyyәtinin ocaqlarından biri olmuşdur. E.ә. 14–13 әsrlәrdә F. Heraya sitayiş mәrkәzi idi. Tәqr. e.ә. 1200 ildә dağıdılmışdır.