FERMİ-DİRAK PAYLANMASI – yarımtam spinə malik (1/2, 3/2, ..., vahidlərində) eyniləşmiş (fərqləndirilməyən) zərrəciklərin (fermionların) enerji səviyyələri üzrə paylanmasını təsvir edən düstur; burada hesab edilir ki, zərrəciklər arasındakı qarşılıqlı təsir onların kinetik enerjisinə nisbətən çox zəifdir və ona görə də nəzərə alınmır, yəni düstur ideal qazlara aiddir. Ei enerjiyə malik olan belə zərrəciklərin statistik tarazlıq halında orta sayı F.-D.p. ilə təyin edilir:
burada i - zərrəciyin halını xarakterizə edən kvant ədədləri yığını, - kimyəvi potensial, k - Boltsman sabiti, T - mütləq temperaturdur. Mütləq sıfır temp-rda Fermi enerjisindən aşağıdakı səviyyələr dolu, yuxarıdakı səviyyələr isə boş olur. (*) düsturu 1926 ildə E.Fermi tərəfindən alınmışdır. expolduqda F.-D.p. Boltsman paylanmasına keçir.