FERMİ-İMPULS ( pF) – әsas halda yerlәşәn makroskopik sistemdә fermionların malik olduğu impulsun maksimum qiymәti. Qarşılıqlı tәsirdә olmayan fermionlar üçün F.-i. impuls fәzasında 0 K temp-rda fermionların tutduğu sәviyyәlәri sәrbәst sәviyyәlәrdәn ayıran sferanın radiusuna bәrabәrdir. Anizotrop potensial sahәdә (keçid metallarında keçiricilik elektronları) yerlәşmiş qarşılıqlı tәsirdә olan fermionlar sistemi üçün izoenergetik sәthlәr sferadan kәskin fәrqlәnә bilәr, ona görә dә F.-i.-u tәyin etmәk mümkün olmur.