Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FERMİ-QAZ

    FERMİ-QAZ, F e r m i  q a z ı - Fermi-Dirak statistikasına tabe olan yarımtam spinə malik zərrəciklərdən ibarət qaz. Qarşılıqlı təsirdə olmayan zərrəciklərdən təşkil olunmuş F.-q. ideal F.q. adlanır. F.q.-a. nümunə olaraq metal və yarımkeçiricilərdə və yaxud böyük atom nömrələrinə malik atomlarda olan elektronlardan, həmçinin ağır atom nüvələrində olan nuklonlardan və yarımtam spinə malik kvazi-zərrəciklərdən ibarət sistemləri göstərmək olar. Т = 0 К temp-rda ideal F.-q. əsas energetik halda olur və onun zərrəcikləri qazın sıxlığından asılı olan və Fermi enerjisi adlandırılan (Еғ) müəyyən maks. enerjiyə qədər bütün kvant hallarını doldurur, Е > Еғ -ə uyğun hallar isə boş qalır (F.-q.-ın tam kvant cırlaşma halı). Т ≠ 0 К halında ideal F.-q.-ın kvant hallarının tutulma dərəcəsinin orta qiyməti Fermi paylanma funksiyası ilə ifadə olunur. Qeyri-ideal F.-q. üçün də belə bir sərhəd enerjisi var, lakin bu halda onun zərrəcikləri müəyyən kvant hallarında yerləşmir. Çox aşağı temp.-rlarda metal daxilində elektronların qeyri-ideal F.-q.-ında qiymətcə bərabər, istiqamətcə əks impuls və spinə malik elektronlar arasındakı cazibə nəticəsində korrelyasiya olunmuş elektron cütlüklərinin (Kuper effekti) yaranması və metalın ifratkeçirici hala keçməsi mümkündür. Ağır atomlarda elektronlar Tomas-Fermi modeli ilə təsvir olunur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN