FERMİ-MAYE - yarımtam spinə malik eyniləşmiş (fərqləndirilməyən) zərrəciklərdən (fermionlardan) və ya kvazizərrəciklərdən ibarət kvant mayesi. Fermi-Dirak statistikasına tabedir. F.-m.-yə aşağıdakılar aiddir: çoxelektronlu atomlarda, metallarda, yarımkeçiricilərdə elektronlar; dielektriklərdə eksitonlar; atom nüvələrində nuklonlar; neytron ulduzlarında neytronlar; maye 3He-un atomları.