FERMİON, f e r m i -z ə r r ə c i k - spini yarımtam (Һ vahidlərində) olan zərrəcik. F.-a bütün barionlar (proton, neytron, hiperonlar və s.), leptonlar (elektron, müon, neytrino) və onların antizərrəcikləri, həmçinin bərk cisimdə elektron və deşik həyəcanlanmaları kimi kvazizərrəciklər aiddir. Tək sayda F.-dan ibarət bağlı sistemlər (atom nömrələri tək olan atom nüvələri, atom nömrələri və elektron sayının fərqi tək olan atomlar və s.) də F.- dur. Fermion Pauli prinsipinə və Fermi-Dirak statistikasına tabedir.