FERMOPİLA VURUŞMASI (e.ә. 480) – yunan-İran müharibәlәri zamanı Fessaliyanı Orta Yunanıstanla birlәşdirәn dağ keçidindә (Lamiya ş.-ndәn c.-da) yunanlarla iranlılar arasında baş vermişdir. Sparta çarı Leonid qoşunun әsas hissәsini Afinanın müdafiәsinә göndәrmiş, özü isә 300 spartalı döyüşçü ilә keçidi qorumuş, lakin qeyri-bәrabәr mübarizәdә dәstәsi ilә birgә mәhv olmuşdur. Sonralar spartalılar burada F.v. qәhrәmanlarına abidә qoymuşdular. Bu dağ keçidindә digәr vuruşmalar da baş vermişdir: e.ә. 279 ildә yunanlar qalların yürüşünün qarşısını almışlar, e.ә. 191 ildә romalılar Suriya çarı III Antioxu mәğlubiyyәtә uğratmışlar.