FERNANDES (FernÄndez) Emilio (26.1904, Koauila ştatı, Ondo - 6.8.1986, Mexiko) - Meksika kino rejissoru, ssenarist, aktyor. Gənc yaşlarından inqilabi hərəkatda iştirak etmiş, həbs olunmuşdur. 1926 ildə həbsdən qaçaraq ABŞ-a mühacirət etmişdir. 1928 ildə Hollivudda fiziki cəldlik və cəsarət tələb edən rollarda çəkilməyə başlamışdır. 1933 ildə Meksikaya qayıtmış, kinoda aktyor, ssenarist, 1942 ildən isə rejissor işləmişdir. “Mariya Kandelariya” (1944) filmi ona dünya şöhrəti qazandırmışdır. Digər filmləri: “Meşə çiçəyi” (1943), “Mirvari” (1946), “Rio Eskondido”, “Makloviya” (hər ikisi 1948), “Meksikalı qız” (1949), “Məhəbbət görüşü (1958), “Panço Vilyanın sadiq əsgəri” (1967), “Çoka” (1974), “Qırmızı zona” (1976) və s. Bir sıra beynəlxalq kinofestivalların laureatı olmuşdur.