FERNANDES DE LİSARDİ (Fernandez de Lizardi) Xose Xoakin (15.11. 1776, Mexiko - 21.6.1827, Mexiko) - Meksika yazıçısı. Meksika ədəbiyyatında romantizmin və kostumbrizmin ən görkəmli nümayəndəsi, milli nəsrin banisidir. 1812 ildə Fransız Maarifçilik ideyalarına maraq göstərmiş, “El pensador mexicano” (“Meksika maarifpərvəri”) satirik jurnalını təsis etmişdir. “Perikilyo Sarnyento” (“Yaramaz Tutuquşu”, c.1- 5, nəşri 1816-31) əsəri Latın Amerikası ədəbiyyatında ilk romandır. İspan macəra romanları ruhunda yazılmış əsərdə dövrün sosial və əxlaqi-fəlsəfi tənqidi verilmişdir. “Kixotita və onun kuzinası” (1819) romanının, “Vecsiz don Katrin” (nəşri 1832) povestinin, “ Həssas zənci” (1825) pyesinin, təmsillərin, xalq mahnıları ruhunda yazılmış şeirlərin və s.-nin müəllifidir.