FERNÁNDES DE OVYEDO-İ-VALDES Qonsalo (1478, Madrid – 1557, İspaniya, Valyadolid) – ispan konkistadoru vә salnamәçisi. 1513–48 illәrdә Amerikada yaşamış, bir sıra inzibati vәzifәlәrdә işlәmişdir. İspaniyaya qayıtdıqdan (1548) sonra Hindilәrin işlәri üzrә şuranın tarixnәvisi tәyin edilmişdir. Əsas әsәrindә (“Historia general y natural de las İndias, İslas y Tierra Firme del Mar Oceano”. V. 1–4, Madrid, 1851–55) Böyük coğrafi kәşflәr, dәnizçilik, istilaçı yürüşlәr, işğal olunmuş torpaqlar, onların tәbiәti, flora vә faunası, әhalisi, adәt-әnәnәlәri, hәyat tәrzi vә s. haqqında mәlumatlar әksini tapmışdır. İtalyan, yunan vә ingilis dillәrinә tәrcümә edilmiş әsәr Avropada geniş yayılmışdı. Hәmçinin genealogiya vә heraldikaya dair әsәrlәrin müәllifidir. Şair kimi dә tanınmışdır.