FERNÁNDU-Dİ-NORÓNYA (Fernando de Noronha) – Atlantika okeanında ada. Cәnubi Amerikada (3°50′ c.e., 32°25′ q.u.), Braziliyanın şm.-ş. sahilindәn tәqr. 350 km mәsafәdә yerlәşir. Braziliyaya mәxsusdur. Vulkan mәnşәlidir. İqlimi subekvatorialdır, illik yağıntı 1300 mm. Quru vә seyrәk meşәlәrlә örtülüdür. Yaşayış mәntәqәsi vә portu Vila-dus-Remediusdur.
Fernandu-di-Noronya adası sahili.