FEROKÁKTUS (Ferocactus) – kaktuskimilәr fәsilәsindәn bitki cinsi. Üzәri düz vә qarmaqşәkilli itiuclu tikanlarla örtülü çoxlu sayda qabırğalı gövdәsinin hünd. 0,15–3 m, diametri 80 sm-әdәk olur. Tikanların uz. 8–20 sm-dir. Sarı vә qırmızı rәngin müxtәlif çalarında olan zәngşәkilli, qısa çiçәk borucuqlu (diametri 6 –7 sm-әdәk) çiçәklәri tәk-tәk yerlәşir; yalnız yaşlı bitkilәr çiçәk açır. Meyvәlәri uzunsov, adәtәn qalınqabıqlı vә quru, toxumları qara olur. ABŞ (Kaliforniyadan Texasadәk) vә Meksikanın subtropik sәhralarında, 150–2000 m yüksәkliklәrdә, quru, әhәngli vә vulkanik, çınqıllı torpaqlarda tәqr. 30 növü bitir. Bәzi növlәri oranjereyalarda vә otaqlarda becәrilir. Onlar üçün intensiv günәş işığı vә tamamilә quru keçәn qışlama vacibdir.
Silindrik fерokaktus (Ferocactus cylindraceus) Nevada ştatı (ABŞ).