Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FERRÁRA 

    FERRÁRA – İtaliyanın şm.-ında, Emiliya-Romanya vil.-ndә şәhәr; Ferrara әyalәtinin inz. m. Əh. 133,4 min (2015). Padan düzәnliyinin ş. hissәsindә, Po çayından 5 km c.-da yerlәşir. Avtomobil vә d.y.-ları qovşağı. Yaxınlığında (Bolonyada) Q.Markoni ad. beynәlxalq aeroport var.

    İndiki şәhәrin әrazisindә 7 әsrin әvvәllәrindә meydana gәlmiş yaşayış mәskәni “F.” adı ilә ilk dәfә 8 әsrin ortalarında qeyd edilir. 774 ildә Papa vil.-nә birlәşdirilmiş, 988 ildә Toskana markqraflarının hakimiyyәtinә keçmiş, 1115 ildә kommuna statusu almış, 1167 ildә Lombardiya liqasına daxil olmuşdu. 12–13 әsrlәrdә Po çayında mühüm tranzit ticarәt mәrkәzi idi. 13 әsrin ikinci yarısında F.-da d’Este markizlәrinin sinyoriyası yaradılmış, 1471 ildәn d’Este hersoqluğunun paytaxtı olmuşdur. Hersoqlar öz saraylarına şairlәri (L.Ariosto, T.Tasso) vә rәssamları cәlb edirdilәr. F. 15– 16 әsrlәrdә İntibah dövrünün iri mәrkәzi idi; buradakı un-t (1391) mühüm rol oynayırdı. Papa vil.-nә yenidәn birlәşdirildikdәn (1598) sonra tәdricәn iqtisadi vә intellektual mәrkәz rolunu itirmişdir. 1796 ildә fransız qoşunları tәrәfindәn tutulmuşdur. Vyana konqresinin (1814–15) qәrarı ilә Roma papasının mülkiyyәtinә qaytarılmışdır. 1847–59 illәrdә Avstriya tәrәfindәn işğal olunmuş, 1860 il plebissitinin nәticәlәrinә görә Sardiniya (1861 ildәn İtaliya) krallığına daxil edilmişdir.

    Şəhərin tarixi hissəsi orta əsrlər və Renessans dövrü tikililərindən ibarətdir. Orta əsrlər hissəsində roma üslubunda San-Corco (Müq. Georgi) kilsəsi (1135), qotik üslubda della-Racone (1315-26, 20 əsrin 2-ci yarısında yenidən tikilmişdir) sarayı, Dukale sarayı (13 əsr), d’Este Kastello-Estense qəsri (1385, memar Bartolino da Novara, 1554-56, memar Cirolamo da Karpi, hazırda muzeydir) yerləşir. Müntəzəm plan əsasında tikilmiş və şəhərin müasir simasını müəyyən etmiş İntibah hissəsi hersoq I Erkole d’Vstenin sifarişi ilə memar B.Rossetti tərəfindən layihələndirilmişdir. Şəhərin bu hissəsində Rossettinin çoxlu tikililəri var: Ariostea meydanı, memar evi (1490­1502), dei-Diamanti (1493-1503) və Kostabili (1495-1504; 1935 ildən Milli Arxeologiya Muzeyi) sarayları, San-Françesko (1494), Santa-Mariya-in-Vado (1495), San-Benedetto (1496-1553, 1954 ildə yenidən tikilmişdir), San-Kristoforo-alla-Çertoza (1498-1551) kilsələri və s. İntibah dövrünün digər abidələri arasında Skifanoya Sarayı (1385-1493), L.Ariostonun evi (1526), C.Nazelli (1527-38, memar Cirolamo da Karpi) və Massarinin (16 əsrin sonu; 1975 ildən Müasir İncəsənət Muzeyi) sarayları, şəhər müdafiə tikililəri (15 əsrin sonu - 16 əsr) var. 17-20 əsr tikililəri: San-Karlo kilsəsi (1623, memar C.B.Aleotti), Bələdiyyə opera teatrı (1786-97, memarlar A.Foskini, K.Morelli), M. Poledrelli ad. (1928, memar C.Savonutsi) və A. Kosta ad. (1932-33, memar K.Savonutsi) ibtidai məktəb (1928, memar C.Savonutsi) binaları. F.-nın tarixi mərkəzi Ümumdünya irsi siyahısına daxil edilmişdir.

     Ferrara. d'Este Kastello-Estense qəsri.

    Un-t (1391), Ariostea kitabxanası (1753), F. Dövlət arxivi (1955), Təbiyyat tarixi muzeyi (1872) və s. var. Beynəlxalq festivallar: Müq. Georgi ad. orta əsrlər mədəniyyəti, “Buskers” küçə musiqiçiləri, hava şarları.

    “Pala Hilton Farma” (3,5 min yer) baş idman arenasıdır; 1999-2011 illərdə yerli peşəkar basketbol klubu burada çıxış etmişdir. 1979 ildən hər il beynəlxalq marafon yarışı keçirilir. Şәhәr iqtisadiyyatının әsasını xidmәt sferası tәşkil edir; aparıcı sektorları inzibati, maliyyә vә nәql.-logistika xidmәtlәri, ticarәt vә turizm biznesidir. Kimya z-du (polietilen, polipropilen, poliamid qatranlar, katalizatorlar vә s. istehsalı) fәaliyyәt göstәrir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN