Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FERRARA RƏSSAMLIQ MƏKTƏBİ

    FERRARA RƏSSAMLIQ МӘКТӘBİ - İntibah dövrü boyakarlıq məktəbi. 15 əsrin ortalarında markiz Leonello (Lionello) d’Estenin mədəniyyət siyasəti sayəsində müxtəlif bədii ənənələrin kəsişdiyi Ferrara ş.-ndə formalaşmışdır. Niderland (Rogir van der Veyden, 1449-51 illərdə Ferrarada olmuşdur), Şimali İta­liya sənətkarlarının (Pizanello, Y.Bеllini, A.Mantenya) və Pyero Della Françeskanın təsirilə məktəbin səciyyəvi xüsusiyyətləri (Renessans və son orta əsrlər ənənələrinin sintezinə cəhd, qrafik ekspressiya, detalların diqqətlə işlənilməsi) yaranmışdır. K.Tura (məktəbin banisi), F. del Kossa, E. de Roberti, L.Kosta F.r.m.-nin görkəmli nümayəndələri olmuşlar. “Borso d’Este bibliyası” (T.Krivelli və b.-nın miniatürləri, 1455-61, Estense kitabxanası, Modena), Skifanoya sarayının divar rəsmləri (1469-70, F. del Kossa və b.) F.r.m.-nin görkəmli abidələridir. 16 əsrdə məktəb özünəməxsusluğunu itirməyə başlamışdır: B.Tiri (Qarafalo), D. və B.Dossi, Cirolamo da Karp0i, S.Filippi, L.Settevekki və b.-nın yaradıcılığında Venesiya və Roma məktəblərinin aşkar təsiri hiss olunur.

    Ferrara Rəssamlıq Məktəbi. Lorense Kosta. “Izabella d'Estenin sarayının alleqoriyası”. 1501-06. Luvr (Paris).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN