FERREDOKSİNLƏR – tәrkibindә dәmir-kükürd klasterlәri olan zülallar qrupu. Fotosintezedәn orqanizmlәrinin bir çox oksidlәşmә-reduksiya reaksiyalarında elektron daşıyıcısı rolunu oynayır. F. molekulunda mәnbәdәn asılı olaraq hәr birindә 100-әdәk amin turşusu qalıqları olan 1, 3 vә ya 4 polipeptid zәnciri ola bilәr, onlardan da 4-dәn 6-ya qәdәr kükürd tәrkibli sistein amin turşusunun payına düşür. Bakteriya F.-inin tәrkibindә 3-dәn 8-ә qәdәr dәmir vә o qәdәr dә kükürd atomu var; bitki (xloroplastların) F.-indә isә 2 dәmir atomu 2 kükürd atomu vasitәsilә zülala birlәşir. F. fotosintez, toxuma tәnәffüsü, azotfiksasiya, sulfatların vә nitratların bәrpa olunması, yağ turşularının qarşılıqlı çevrilmә reaksiyalarında vә s. proseslәrdә iştirak edir. Ali bitkilәrin vә yosunların F.-inin bir çoxunun ilkin strukturu müәyyәn edilmişdir (yüksәk dәrәcәdә homologiya aşkar edilmişdir).