FERRERİ Marko (11.5.1928, Milan - 9.5.1997, Paris) - italyan kino rejissoru, aktyor, ssenarist. 1952 ildə rej. A.Lattuadanın “Şinel” (N.V.Qoqolun əsəri üzrə) fılminin çəkilişlərində iştirak etmişdir. 1956 ildə İspaniyaya köçmüş, burada sonralar onun daimi ssenaristi olmuş yazıçı-satirik R.As- kona ilə birlikdə “Kiçik mənzil” (1957, Kann Beynəlxalq kinofestivalında FİP-RESSİ - Beynəlxalq Kino Mətbuatı Federasiyasının mük.), “Gənc oğlanlar” (1959), “Əlil arabası” (1960) filmlərini çəkmişdir. İtaliyaya qayıtdıqdan sonra “Arılаг kraliçası” (1962), “Qadın-meymun” (1963), “Dillincer öldürülmüşdür” (1969, Venesiya Beynəlxalq kinofestivalının mük.), “Qəbul” (1971, Qərbi Berlin Beynəlxalq kinofestivalında FİPRESSİ mük., 1972), “Liza” (1972) və s. filmləri çəkmişdir. 70-ci illərdə F. yaradıcılığında pessimist motivlər, dekadentlik və erotika elementləri güclənmiş, bu xüsusilə “Basmarlayıb yemək” (1973, Kann Beynəlxalq kinofestivalında FİPRESSİ mük.), “Sonuncu qadın” (1976), “Əlvida, erkək!” (1978, Kann Beynəlxalq kinofestivalının xüsusi mük.) filmlərində özünü göstərmişdir. İspan ədəbiyyatı və kinematoqrafının, xüsusən L.Bunyuelin F.-yə güclü təsiri olmuşdur. Digər filmləri: “Sığınacaq istəyirəm” (1979, Qərbi Berlin Beynəlxalq kinofestivalının xüsusi mük., 1980), “Pyeranın tarixçəsi” (1983), “Qadın gələcək deməkdir” (1984), “Manyakın gündəliyi” (1993), “Gümüş nitratı” (1996) və s. Bəzi filmlərdə aktyor kimi çıxış etmiş, bir sıra filmlərin ssenari müəllifi olmuşdur.