FERRİD [ing. ferreed; fer(rit) – ferrit +reed – dilçә] – hermetik kontaktlı elektromaqnit relesindәn ibarәt kommutasiya qurğusu (bax Hermetik kontakt). Kontaktların vә içliyin (nüvәnin) maqnit parametrlәri elә seçilir ki, idarәetmә dolağından bir istiqamәtdә cәrәyan impulsu keçdikdә kontakt qapanır vә içliyin qalıq maqnitlәşmәsi hesabına digәr istiqamәtdә cәrәyan impulsu (maqnitsizlәşdirәn) verilәnәdәk bu vәziyyәtdә qalır. F. kvazielektron avtomatik telefon stansiyalarında, hesablama texnikasının mәntiqi sxemlәrindә vә s. tәtbiq edilir.
Ferridin sxemi: İ – içlik; L – hermetik kontaktın lövhәlәri; İD – idarәetmә dolağı.