FERRİER Ketlin (22.4.1912, Lankaşir qraflığı, Hayer-Uolton - 8.10.1953, London) - ingilis müğənnisi (kontralto). Kral musiqi Akademiyasında (London) 1931-34 illərdə fp., 1942 ildən R.Hendersondan vokal dərsləri almışdır. İkinci dünya müharibəsi illərində B.Britaniyada oratorial, kamera və populyar repertuarla (çox vaxt radioda) çıxış etmişdir. Opera səhnəsində debütü 1946 ildə Qlayndborn festivalında (B.Brittеnin “Lukresiyaya qarşı hə qarət” opera sının dünya prem ye ra sı) olmuşdur. Müharibədən sonra Avropa ölkələrində və ABŞ-da uğurlu çıxışlar etmiş (1948 ildə Karnegihollda oxumuşdur), Zalsburq (1949) və Edinburq (1947 ildən) festivallarının iştirakçısı olmuşdur. F. konsert müğənnisi kimi şöhrət qazanmışdır. B.Valter, С.Barbirolli və C.Murun rəhbərlik etdiyi ork.-lərlə çıxış etmişdir. Ən parlaq interpretasiyaları arasında Q. Malerin “Torpaq haqqında nəğmə”sindəki partiya, Elqarın “Gerontinin yuxusu” oratoriyasında Mələk partiyası, K.V.Qlükun “Orfey və Evridika” operasında orfeyin ariyası, H.Pörsellin “Didona və Eney” operasında Didonanın ağısı, “Blow the wind southerly” ingilis xalq mahnısı Son çıxışı 1953 ildə Londonun “Kovent-Qarden” teatrının səhnəsində (Orfeyin partiyası) olmuşdur. F.-ın ifasında (pianoçu və dirijor B.Valterlə birgə) bir çox əsər vala köçürülmüşdür. İ.S.Baxın h-moll Messasında (Е.Şvarskopfla ansamblda) və “Matfey əzabları”nda (hər ikisi 1950) partiyaları ən yaxşı audioyazılarındandır.