Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FERRİMAQNİT REZONANSI 

    FERRİMAQNİT REZONANSI - elektron maqnit rezonansının növlərindən biri; F.r. xarici maqnit sahəsinin H0 intensivliyinin müəyyən qiymətində və müəyyən (rezonans) v tezliklərində elektro­maqnit şüalanma enerjisinin ferrimaqnetik tərəfindən udulmasının kəskin artması zamanı baş verir. Ferrimaqnetiklərdə bir neçə maqnit altqəfəsin (bax ferrimaqnetizm) mövcudluğu F.r.-nın bir neçə qolunun varlığına səbəb olur. F.r.-nın qolları maqnit altqəfəslərin maqnitlənmə vektorlarının həm bir-birinə, həm də H0 vektoruna nisbətən rezonans rəqslərinin həyə anlanmasına uyğun gəlir. F.r.-nın aşağıtezlikli qolu xarici maqnit sahəsi, anizotropiya və maqnitsizləşmə sahələri ilə təyin olunan Heff sahədə nümunənin ümumi J maqnitlənmə vektorunun presessiyasının yaranmasına uyğun gəlir. Presessiya zamanı altqəfəslərin antiparalelliyi pozulmur; bu halda v = yeff *Heff. Bu tip F.r. ferromaqnit rezonansdan heç də fərqlənmir və ona görə də elmi ədəbiyyatda çox vaxt həm ferro-, həm də ferrimaqnit rezonansları üçün bu termindən istifadə edilir. F.r.-ın məxsusiliyi ancaq maqnitomexaniki nisbətin (yeff) qiymətinin dəyişməsində özünü göstərir. F.r.-ın yüksəktezlikli qolları altqəfəslərdə antiparalelliyin pozulması şəraitində maqnitlənmə vektorlarının presessiyalarının yaranmasına uyğun gəlir. F.r.-ın bu qollarını bəzən mübadilə rezonansları adlandırırlar. Bu rezonansların tezlikləri altqəfəslər arasında mövcud olan mübadilə sahələrinin qiymətləri ilə mütənasib olub elektromaqnit spektrin infraqırmızı oblastına düşür.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN