FERRİT ANTÉNA – ferrit nüvәli maqnit antena. Ferritin yüksәk maqnit hәssaslığı F.a.-nın induksiyalanan e.h.q. eyni olan çәrçivә-antenaya nisbәtәn kiçik ölçülü hazırlanmasına imkan verir. F.a., әsasәn, tranzistorlu radioqәbuledicilәrdә vә radiopelenqatorlarda tәtbiq edilir.