FERRİT NÜVƏ, f e r r i t i ç l i k – ferritdәn ovuntu metallurgiyası üsulları ilә hazırlanmış maqnit keçiricisi. Müxtәlif formalı (П-, Ш-şәkilli, halqavarı, silindrik formalı daha geniş tәtbiq edilir) vә ölçülü olur. Düzbucaqlı histerezis ilgәyinә malik F.n.-yә tәsir edәn maqnit sahә gәrginliyi götürüldükdәn sonra o, müәyyәn istiqamәtli böyük qalıq maqnit induksiyasına malik olur vә qalıq induksiyanın iki qiymәtinә uyğun dayanıqlı vәziyyәtini istәnilәn müddәt (müәyyәn qiymәtli xarici tәsir olmadıqda) saxlayır. F.n.-nin bu iki dayanıqlı vәziyyәti nüvәnin “yaddaşa” malik olmasını xarakterizә edir. F.n.-nin maqnit xassәlәri ilkin komponentlәrin xassәlәrindәn vә nüvәnin hazırlanmasının texnoloji rejimindәn asılıdır. Maqnit-mexaniki rezonatorlar, maqnitostriksiya çeviricilәri vә s. qurğularda sabit maqnitlәr, yaddaş qurğularının elementlәri kimi istifadә edilir.