FERRİT VÉNTİL – elektromaqnit enerjisini biristiqamәtli ötürmәk üçün qurğu; iş prinsipi doymaya qәdәr maqnitlәndirilmiş ferritin (ferroqranat, ferroşpinel vә s.) hirotrop xassәlәrinә әsaslanır. Müxtәlif qurğuları (mәs.,generatorlar, güclәndiricilәr) 30 MHs-dәn optiki tezliklәrәdәk diapazonda elektromaqnit dalğalarından mühafizә etmәk üşün tәtbiq olunur. F.v.-in әsasını ferrit vә kömәkçi elementlәrdәn ibarәt ötürücü xәtt kәsiyi vә maqnitlәşdirici sahә yaradan maqnit sistemi tәşkil edir. Konstruktiv әlamәtlәrinә görә dalğaötürücü, koaksial, zolaqlı vә optik, iş prinsipinә görә polyarlaşmış, rezonanslı vә s. F.v.-lәrinә ayrılır.