FERRİTİN (lat. ferrum – dәmir) – insan vә heyvan orqanizmindә dәmir ehtiyatı yığılan mürәkkәb zülal (metalloproteid). Qara ciyәrdә, dalaqda, sümük iliyindә vә bağırsağın selikli qişasında olur. İlk dәfә çex alimi Laufberger tәrәfindәn heyvanların qara ciyәrindә tapılmışdır (1934). F. canlı orqanizmdә dәmirlә әn zәngin birlәşmәdir: bir zülal aminturşu qalığında tәqr. bir üçvalentli dәmir atomu olur. Hemoproteidlәrdәn fәrqli olaraq, F.-dә dәmir hemin tәrkibinә daxil olmur, mәhz zülalla möhkәm birlәşmiş polimer qeyri-üzvi (FeO*OH)18 (FeO*OPO3H2) birlәşmәsi ilә kompleksdә olur. F.-in mol.k. 747000-dir; dәmir çıxarıldıqdan sonra 465000 molekul kütlәli apoferritin әmәlә gәlir. F. antigen aktivliyinә malik olur. Bağırsağın selikli qişasında olan F. dәmirin sorulmasını vә onun qana daxil olmasını nizamlayır. Fe-in azad olması reduksiyaedicinin – askorbin turşusunun (C vitamini) tәsiri ilә baş verir. Qana daxil olan dәmir transferritinlә qara ciyәrә vә digәr orqanlara aparılır vә onun artığı apoferritinlә birlәşir. F.-in tәrkibinә daxil olan Fe hemoqlobinin, sitoxromların vә tәrkibindә dәmir olan digәr birlәşmәlәrin sintezindә lazımdır. Orqanizmin dәmirә olan tәlәbatı artdıqda sümük iliyi, qara ciyәr vә dalaqda olan F.-in sürәtlә parçalanması baş verir.