FERRÓD [ ferro + ing. rod – mil, içlik] – iş prinsipi ferromaqnetikin maqnit doymasına әsaslanan kontaktsız elektromaqnit kommutasiya cihazı. Ferrit mili (FM), idarәetmә dolağı (İD), tәsirlәndirmә dolağı (TD) vә hesablama dolağından (HD) ibarәtdir. Açarın (A) açıq vәziyyәtindә İD-dә cәrәyan olmur, TD-nin cәrәyan impulsu mili (içliyi) maqnitlәşdirir vә belәliklә, HD-dә gәrginlik impulslarını induksiyalayır. İD-dә cәrәyan varsa impulslar HD-dә induksiyalanmır. F. kvazielektron avtomat telefon stansiyalarında tәtbiq edilir.
Ferrodun sxemi: İt – tәsirlәndirmә cәrәyanının ikipolyarlı impulsu; + (müsbәt) vә – (mәnfi) – sabit cәrәyan mәnbәyini qoşmaq üçün sıxaclar (klemmalar).