FERRODİNAMİK ÖLÇMƏ CİHAZI – elektrik kәmiyyәtini (mәs., cәrәyan şiddәtini, gәrginliyi) ölçmәk üçün cihaz; iş prinsipi ferromaqnit içlikdә yerlәşdirilmiş mütәhәrrik vә hәrәkәtsiz iki (vә ya daha çox) cәrәyanlı sarğacın maqnit sahәlәrinin qarşılıqlı tәsirinә әsaslanır. F.ö.c., әsasәn, 50– 500 Hs tezlikli dәyişәn cәrәyan dövrәlәrindә, bәzәn dә sabit cәrәyan dövrәlәrindә ölçmә aparmaq üçün ampermetr, voltmetr, vattmetr kimi tәtbiq edilir. Fazaların sürüşmә bucaqlarını vә tezliyi ölçәn cihazlarda tәtbiq edilәn ferrodinamik loqometrlәr dә geniş yayılmışdır. Fırlanma momentinin böyük, xarici maqnit sahәsinin tәsirinin az olması F.ö.c.-nın әsas xüsusiyyәtlәridir. F.ö.c.-nın ölçmә hәddini genişlәndirmәk üçün ölçü transformatorlarından istifadә edilir.