FERRÓQRAF ( ferro...+...qraf ) – maqnit-yumşaq materialları sınaqdan keçirmәk vә onlara nәzarәt etmәk üçün cihaz; geniş tezlik diapazonunda (100 kHs-dәk) dinamik әyrilәrin fotoşәkillәrini çәkmәyә vә histerezisin dinamik tsiklini vizual müşahidә etmәyә, dinamik әyrilәrin forma vә ölçülәrinә müxtәlif amillәrin (deformasiya, temp-r, sabit cәrәyanla maqnitlәnmә vә s.) tәsirini tәdqiq etmәyә vә s. imkan verir.