FERRÓMETR (ferro... + ...metr) – maqnit-yumşaq materialları dәyişәn maqnit sahәsindә sınaqdan keçirmәk üçün cihaz. F. maqnit materialından olan içliyә sarınmış dolaqların e.h.q.-nin orta qiymәtini, maqnit sahәsinin gәrginliyini ölçmәyә, elәcә dә müxtәlif zaman anları üçün maqnit sahәsinin induksiyasının vә gәrginliyinin ani qiymәtlәrini tәyin etmәyә imkan verir; ölçmә nәticәlәrinә görә histerezisin dinamik tsikli qurulur.