FÉRSMAN Aleksandr Yevgenyeviç (8.11.1883, Sankt-Peterburq – 20.5.1945, Soçi; Moskvada Novodeviçye qәbiristanında dәfn edilmişdir) – rus
geoloqu, SSRİ EA akad. (1919); SSRİ EA vitse-prezidenti (1927–29). SSRİ Dövlәt mükafatı laureatı (1942). V.İ.Vernadskinin tәlәbәsi. Moskva Un-tini bitirmişdir (1907). 1907–09 illәrdә Parisdә işlәmişdir. Moskva Un-tinin müәllimi (1909 ildәn), Peterburqda Ali qadın kurslarının (Bestujev kursları) prof.-u (1912). 1918 ildәn Coğrafiya İn-tunun prof.-u, 1920 ildәn rektoru olmuşdur. 1925 ildәn Leninqrad Un-tindә dekan vә kafedra müdiri, EA Mineralogiya muzeyinin direktoru (1919–30) vәzifәlәrindә çalışmışdır. 1930-cu illәrdә bir sıra Leninqrad Geologiya İn-tlarına rәhbәrlik etmişdir. 1942 ildәn Moskvada SSRİ EA Geologiya İn-tunun direktoru olmuşdur. F. Kola y-a, Tyanşan, Qızılqum vә Qaraqum, Ural, Baykalarxası vә s. r-nlarda tәdqiqatlar aparmışdır. Xibin tundrası vә Monçetundrada onun iştirakı ilә apatit vә mis-nikel filizi yataqları aşkar edilmişdir. F. geokimyanın banilәrindәn biridir. Elementlәrin klarkı vә miqrasiyası probleminә xüsusi fikir vermişdir. Tәbii qeyri-üzvi proseslәrin enerji problemini işlәyib hazırlamış, geoenergetika nәzәriyyәsini tәklif etmişdir. F. faydalı qazıntı axtarışında geokimyәvi metodların tәdbiqinin labüdlüyünü ilk әsaslandıranlardan biri olmuşdur. Rusiyanın Avropa hissәsinin geokimyәvi r-nlaşdırmasını aparmış, Monqol-Oxot geokimyәvi qurşağını ayırmışdır. Peqmatitlәr, qiymәtli daşlar vә mәmulat daşları haqqında elmi vә elmi-kütlәvi әsәrlәr yazmışdır. V.İ.Lenin ad. mükafat almışdır (1929). Qırmızı Əmәk Bayrağı ordeni, hәmçinin London Geologiya Cәmiyyәtinin U.Vollaston ad. medalı (1943) ilә tәltif olunmuşdur. Fersmit vә fersmanit mineralları, Tyanşanda buzlaq, Pamirdә pik, Moskvada küçә F.-ınşәrәfinә adlandırılmışdır.
Ə s ә r l ә r i: Избр. Труды, т. 1–7, М., 1952–62.
Əd.: Писаржевский О.Н. Ферсман, [2 изд.], М.,1959; Проблемы минерального сырья. Памяти академика А. Е. Ферсмана, М., 1975.