FERT-OF-FORT (Firth of Forth) – Şotlandiyanın ş. sahillәrindә Şimal dәnizinin körfәzi. Uz. tәqr. 80 km, eni (girişdә) 25 km (yuxarı getdikcә 2–5 km-әdәk daralır), dәrinliyi 46 m-әdәk. Çoxlu say vә rif var. Qabarmalar (6 m-әdәk) yarımsutkalıqdır. İrlandiya dәnizindәki Fert-of-Klayd körfәzi ilә kanal vә Klayd çayı vasitәsilә birlәşir. İri port kompleksidir.