FETR (fr. feutre – keçә) – әsasәn, dovşan vә keçi tüklәrini, xәz tullantıları, yun vә s.-ni basma üsulu ilә bir-birinә bitişdirmәklә alınan material. Hamar vә xovlu F.-lәr olur. Xovlu F. zamşaya oxşayan (xovun uz. 0,5 mm-dәn az), qısa xovlu (0,5–1,5 mm), velür (1,5–2,5 mm), uzun xovlu (3–12 mm) növlәrә ayrılır. F.-dәn baş geyimlәri, ayaqqabı detalları, texniki mәmulatlar (süzgәc, araqatı vә s.) hazırlanır.