FEVRAL HADİSƏLƏRİ (1948) – Çexoslovakiyada siyasi böhran; Çexoslovakiya Kommunist Partiyasının (ÇKP) hakimiyyәtә gәlmәsi ilә nәticәlәnmişdir. Ölkәnin müharibәdәnsonrakı inkişaf yolunu müәyyәnlәşdirmәk uğrunda başlamış mübarizә 1948 ilin fevralında әn yüksәk hәddә çatdı. Fevralın 24-dә ÇKP-nin çağırışı ilә ümumi siyasi tәtil başladı (2,5 mln. nәfәr iştirakçı). Kütlәvi vәtәndaş qarşıdurmasına yol vermәmәk
mәqsәdilә Çexoslovakiya prezidenti E.Beneş fevralın 25-dә kabinetin demokratik әhvali-ruhiyyәli 12 üzvünün istefasını qәbul etdi. Yenilәnmiş hökumәt (25 nazir) kommunistlәr (13) vә onların tәrәfdarlarından tәşkil olundu. ÇKP әhalinin çox hissәsinin dәstәyi ilә hakimiyyәti öz әlinә aldı.